İranın atəşkəslə bağlı təklifi təkzib olunub
Nə İran hökuməti, nə də İran silahlı qüvvələri ABŞ-ə atəşkəslə bağlı təklif verib.
Crossmedia.az xəbər verir ki, bunu Milli Təhlükəsizlik Komitəsinin üzvü Yaqub Rzazadə "ISNA" xəbər agentliyinə verdiyi müsahibədə deyib.
O bildirib ki, diplomatik qurumlar, hökumət və ya silahlı qüvvələr tərəfindən atəşkəs və ya atəşkəslə bağlı heç bir danışıqlar və ya təklif olmayıb.
Bir müddət əvvəl İsrailin "Ynet" xəbər agentliyi İranın xarici işlər naziri Abbas Əraqçinin ABŞ prezidentinin xüsusi elçisi Stiven Uitkoffla söhbətində İslam Respublikasının yeni Ali Lideri Müctəba Xameneinin danışıqlar aparmaq üçün razılığını çatdırdığını bildirmişdi.
Səriyyə
20:52 24.03.2026
Oxunuş sayı: 113