Ukraynada ən çox əmək müqaviləsi imzalanan ölkələr arasında Azərbaycan da var
2025-ci ildə Ukraynada ən çox əmək müqaviləsi Türkiyə (1404), Hindistan (946), Özbəkistan (936), Azərbaycan (605), Banqladeş (599) və Çin (518) vətəndaşları ilə imzalanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukraynanın "Telegraph" nəşri məlumat yayıb.
Məlumata görə, Pakistandan 375, Kolumbiyadan 335, Böyük Britaniyadan 310, ABŞ-dan 247, Moldovadan 247, Ermənistandan 232, Nepaldan 219, Almaniyadan 175 və Fransadan 164 işçi gəlib.
Ukraynada işçi qüvvəsinin çatışmazlığı qeyd olunur.
Mütəxəssislər vurğulayırlar ki, demoqrafik problemlərin həlli üçün hər il xaricdən yüz minlərlə işçi cəlb edilməlidir.
Lakin, hələlik əcnəbilər Ukraynaya gəlməyə tələsmirlər.
İqtisadi Müzakirə Klubunun üzvü Oleq Pendzin əmindir ki, Ukraynanın 5 milyon işçiyə ehtiyacı var.
Orta Şərq, Cənub-Şərqi Asiya və Banqladeş ölkələrindən ildə təxminən 450.000-500.000 əmək miqrantının gələcəyi təxmin edilir. Ekspertin fikrincə, müharibədən sonrakı yenilənmə dövründə hər il bu sayda miqrantın gəlməsi reallığa çevrilə bilər.
20:40 24.03.2026
Oxunuş sayı: 52