Şoyqu Yaxın Şərqdəki müharibə ilə bağlı xəbərdarlıq edib
Yaxın Şərqdə uzanan silahlı qarşıdurma ticarət yollarını təhdid edir və inflyasiya gözləntilərini və miqrasiya axınlarını artırır.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Vyetnamın Baş naziri Fam Min Çin ilə görüşdə bildirib.
"Uzun müddət davam edən silahlı qarşıdurma regional və qlobal ticarət yollarını, ərzaq təhlükəsizliyini və enerji bazarlarını təhdid edir və inflyasiya gözləntilərini və miqrasiya axınlarını artırır", - deyə o bildirib.
19:36 24.03.2026
Oxunuş sayı: 55