İran Ali dini lideri danışıqlara hazırdır
İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkoffa Ali Lider Müctəba Xameneinin danışıqlara razılıq verdiyi barədə gizli şəkildə məlumat verib.
Crossmedia.az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb. Nəşrin məlumatına görə, bu, martın 19-da baş verib.
Əraqçinin Xameneinin İran tərəfinin şərtləri yerinə yetirilərsə, məsələnin tez bir zamanda həll olunmasına razılığını və xeyir-duasını çatdırdığı bildirilir. Dəqiq şərtlər göstərilməyib.
"Fars" Xəbər Agentliyi daha əvvəl yazmışdı ki, Tehran Vaşinqtondan Nətənz və Buşəhr nüvə elektrik stansiyasının yaxınlığındakı obyektlərə endirilən zərbələrə görə kompensasiya, eləcə də İrana qarşı təcavüzün tanınması tələb edir.
18:55 24.03.2026
Oxunuş sayı: 53