Putin əcnəbilərlə bağlı yeni qanun imzalayıb
Rusiya Prezidenti Vladimir Putin Rusiya ordusunda xidmət edən xarici vətəndaşların ölkədən çıxarılmasını qadağan edən qanun imzalayıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sənəd hüquqi aktlar portalında dərc edilib.
Rusiyadan inzibati deportasiya artıq bu şəxslərə cəza kimi tətbiq edilməyəcək. Deportasiya əvəzinə, qayda pozuntularına görə cərimə və ya 100 saatdan 200 saata qədər məcburi ictimai işlər tətbiq olunacaq.
Bundan əvvəl Rusiya lideri Rusiya Silahlı Qüvvələrində müqavilə əsasında xidmət edən və ölkə uğrunda döyüşən vətəndaşlarının cinayət məsuliyyətinə cəlb edilməsi üçün xarici ölkələrə ekstradisiyasını qadağan edən qanun imzalayıb .
21:15 23.03.2026
Oxunuş sayı: 60