Müctəba Xamenei yaralanıb
İranın yeni Ali Lideri Müctəba Xamenei yaralanıb, təcrid olunub və mesajlara cavab vermir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu rəhbərliyi və bəzi şiə ruhaniləri vəziyyətə nəzarəti saxlaya və idarəetməni bərpa edə biliblər.
İsrail İran sisteminin hələ də Xameneinin rəhbərliyi altında fəaliyyət göstərib-göstərmədiyini, yoxsa faktiki olaraq onun adı ilə idarə olunduğunu müəyyən etməyə çalışır.
İran müxalifəti ilə əlaqəli nəşrlər Xameneinin daha ağır vəziyyətini təsvir edir, onun ciddi xəsarətlər aldığını və ağır nevroloji ağırlaşmalar keçirdiyini iddia edirlər.
Bu məlumatlar hələ də təsdiqlənməyib.
20:52 23.03.2026
Oxunuş sayı: 48