Bloomberg: Hörmüz gərginliyi neft qiymətlərini rekord səviyyəyə çıxarıb
ABŞ "Boxer2" təyyarədaşıyan gəmisinin Yaxın Şərqə çatması vaxt tələb edəcək və aprelin ortalarına qədər Fars körfəzinə yetişməsi gözlənilmir.
Crossmedia.az xəbər verir ki, bunu "Bloomberg"-in baş analitiki Xavyer Blas deyib.
Analitik qeyd edir ki, əgər bu hərbi qüvvələr Hörmüz boğazının açılması üçün nəzərdə tutulubsa, neft bazarı uzunmüddətli gözlənti ilə üzləşəcək.
Məlumata görə, ABŞ və İsrailin İrana qarşı hücumları və Hörmüz boğazı ilə bağlı gərginlik fonunda son 22 gündə Yaxın Şərq neftinin qiymətləri kəskin artıb.
Bildirilir ki, bəzi göstəricilərə əsasən qiymətlər 150 dolları keçib, Oman xam nefti isə daha yüksək səviyyələrdə ticarət olunur.
20:39 23.03.2026
Oxunuş sayı: 150