ABŞ və İran görüş təşkil etmək üçün danışıqlar aparırlar
ABŞ və İran bu həftə İslamabadda yüksək səviyyəli görüş təşkil etmək üçün danışıqlar aparırlar.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" qəzetinin köşə yazarı Barak Ravid məlumat verib.
Onun sözlərinə görə, mümkün sammitə hazırlıq çərçivəsində ABŞ-nin vitse-prezidenti Cey Di Vensin əsas Amerika nümayəndəsi kimi çıxış edəcəyi bir variant nəzərdən keçirilir.
Mənbə qeyd edib ki, İsrail Vaşinqton və Tehran arasında danışıqlara başlamaq üçün bir neçə ölkənin vasitəçilik səylərindən xəbərdardır.
Lakin Təl-Əviv Trampın əlaqələrin artıq fəal şəkildə irəlilədiyi və 15 bənd üzrə razılaşmaların əldə edildiyi barədə açıqlamalarından təəccüblənib.
20:08 23.03.2026
Oxunuş sayı: 448