ABŞ müdafiə şəbəkəsinə 3 milyard dollarlıq ziyan
Hərbi əməliyyatların başlanğıcından bəri İran tərəfindən ABŞ və müttəfiqlərinə məxsus radar sistemlərinə ciddi zərbələr endirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyənin "Anadolu Xəbər Agentliyi" məlumat yayıb.
Ən son peyk görüntülərinə əsasən, ABŞ ,İraq, Küveyt, Qətər, Bəhreyn, İordaniya, BƏƏ və Səudiyyə Ərəbistanı da daxil olmaqla yeddi ölkədə azı 12 radar sistemi hücuma məruz qalıb.
Bildirilir ki, ümumi ziyanın həcmi 3 milyard dolları keçib.
Qeyd olunur ki, bu sistemlər ABŞ-nin regional müdafiə arxitekturasının mühüm hissəsi olub və onların məlumatları birbaşa İsrailin təhlükəsizliyinin təmin olunmasında istifadə edilirdi.
20:00 23.03.2026
Oxunuş sayı: 47