İran səfirliyi: Hörmüz boğazından keçid ödənişi iddiaları əsassızdır
İranın Hörmüz boğazından keçən gəmilərdən 2 milyon dollar aldığı ilə bağlı iddialar əsassızdır.
Crossmedia.az xəbər verir ki, bu barədə İran səfirliyi məlumat yayıb.
Səfirlik vurğulayıb ki, bu cür fikirlər ayrı-ayrı şəxslərin şəxsi baxışlarını əks etdirir və heç bir halda İran İslam Respublikasının rəsmi mövqeyini ifadə etmir.
Bəyanatda qeyd olunub ki, yayılan məlumatlar reallığı əks etdirmir və ictimaiyyəti çaşdırmağa yönəlib.
19:53 23.03.2026
Oxunuş sayı: 288