Tehrandan sərt mesaj: İran ABŞ-ə güvənmir
İran ABŞ-ə güvənmir və buna görə də diplomatiyaya yer qalmayıb.
Crossmedia.az xəbər verir ki, bunu İranın ali dini rəhbərinin xarici siyasət üzrə müşaviri Kamal Xarrazi deyib.
Onun sözlərinə görə, Tehran hesab edir ki, hər dəfə danışıqlardan sonra hücumlar baş verib və bu da etimadı aradan qaldırıb.
Xarrazi vurğulayıb ki, mövcud şəraitdə tərəflər arasında diplomatik həll yolları ciddi sual altındadır.
19:42 23.03.2026
Oxunuş sayı: 127