İran: Azərbaycan humanitar yardımı ilk çatdıran ölkələrdəndir
Azərbaycan humanitar yardımı İranın Hilal-i Əhər Cəmiyyətinə təhvil verən ilk ölkələrdən biridir.
Bundan əlavə, hazırda digər ölkələr də Azərbaycan vasitəsilə Astara sərhədindən keçməklə İrana humanitar yardım göndərirlər. Bu, bizim üçün çox dəyərlidir. Bütün bu yardımlara görə təşəkkür edirik".
Crossmedia.az xəbər verir ki, bunu APA-nın Tehrandakı müxbirinə müsahibəsində İranın Hilal-i Əhər Cəmiyyətinin sədri Pirhüseyn Külivənd deyib.

19:12 23.03.2026
Oxunuş sayı: 54