İran ABŞ ilə heç bir danışıqların olmadığını bəyan etdi
İran Xarici İşlər Nazirliyi (XİN) açıqlama verərək bildirdi ki, Tehran ilə Vaşinqton arasında heç bir danışıqlar aparılmır.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Nazirlik bildirib ki, ABŞ Prezidentinin açıqlamaları enerji qiymətlərini aşağı salmaq və hərbi planlarını həyata keçirmək üçün vaxt qazanmaq cəhdindən ibarətdir.
İran XİN-in açıqlamasında həmçinin qeyd olunur ki, bölgə ölkələrinin gərginliyi azaltmaq üçün təşəbbüslərinə cavab verilmişdir və müharibəni başlayan tərəf İran deyil. Atəşkəs ilə bağlı heç bir ikitərəfli anlaşma mövcud deyil.
Bundan əlavə, İran Müdafiə Nazirliyi Trampın enerji infrastrukturuna zərbə endirməkdən imtina etməsini yalan adlandırıb və bunun danışıqlarla deyil, SEPAH-ın qonşu ölkələrin enerji sistemlərinə zərbələrindən qorxması ilə bağlı olduğunu bildirib. Nazirliyin açıqlamasında vurğulanır ki, ABŞ prezidenti İranın elektrik şəbəkəsinə hücum etməmək qərarını ərəb və İsrail əmlakının məhv edilməsindən qorxması nəticəsində verib.
17:55 23.03.2026
Oxunuş sayı: 163