Avropa İttifaqı Macarıstanı qapalı görüşlərdən kənarlaşdırır
Avropa İttifaqı (Aİ) Macarıstanın gizli məlumatların müzakirə olunduğu qapalı görüşlərdə iştirakını məhdudlaşdırır.
Crossmedia.az xəbər verir ki, bu addım Moskvaya mümkün informasiya sızması ilə bağlı narahatlıqlardan irəli gəlir. "Politico" nəşrinin yazdığına əsasən, Budapeştə qarşı artan inamsızlıq səbəbindən Aİ daxilində əsas müzakirələr getdikcə daha dar çərçivədə keçirilir.
Hazırda bir sıra mühüm məsələlər aşağıdakı formatlarda müzakirə olunur:
E3 – Almaniya, Fransa, Böyük Britaniya
E4 – E3 ölkələri və İtaliya
Veymar Üçbucağı – Almaniya, Fransa və Polşa
Şimal-Baltik Səkkizliyi və digər regional qruplar
Mənbələr bildirir ki, bu yanaşma Aİ daxilində həssas məlumatların qorunmasına xidmət edir və Macarıstana olan etimadsızlığın artdığını göstərir.
15:40 23.03.2026
Oxunuş sayı: 46