Avropada narahatlıq: Rusiyaya gizli məlumat axını iddiası
Polşa rəsmiləri Avropa qurumlarında məlumat sızması ilə bağlı iddialara münasibət bildirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir. Polşanın Baş naziri Donald Tusk açıqlamasında qeyd edib ki, Rusiyanın paytaxtı Moskvaya məlumat ötürülməsi ilə bağlı xəbərlər yeni deyil.
Nazir vurğulayıb ki, Avropa İttifaqı Şurasının iclasları ilə bağlı detallı məlumatların kənara sızması ehtimalı uzun müddətdir müzakirə olunur. Onun sözlərinə görə, bu səbəbdən Polşa nümayəndələri iclaslarda daha ehtiyatlı davranır.
“Avropa İttifaqı Şurasının iclasları ilə bağlı kiminsə Moskvaya ətraflı məlumat verməsi heç kimi təəccübləndirməməlidir. Bizdə çoxdan belə şübhələr var”, – deyə Tusk bildirib.
O əlavə edib ki, məhz bu səbəbdən iclaslarda mümkün qədər az danışmağa, yalnız zəruri məlumatları paylaşmağa üstünlük verirlər.
Məsələ ilə bağlı Avropa daxilində narahatlıqların artdığı qeyd olunur.
21:18 22.03.2026
Oxunuş sayı: 60