Rejim dəyişikliyi çağırışına Trampdan SƏRT CAVAB
ABŞ Nümayəndələr Palatasının Demokratlar Partiyasının lideri Hakeem Jeffries rejimin dəyişdirilməsinə çağırış edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
O, bildirib ki, ABŞ Prezidenti Donald Tramp və respublikaçı ekstremistlər Yaxın Şərqdə ehtiyatsız addımlar ataraq müharibəyə başlayıblar, qaz qiymətləri artıb və ölkənin təhlükəsizliyi zəifləyib. Jeffries ABŞ-də siyasi dəyişiklik zərurətini vurğulayıb.
Buna cavab olaraq Donald Tramp Demokratlara sərt ritorika ilə çıxış edib və “İranın süqutundan bəri Amerikanın ən böyük düşməni səriştəsiz Demokratik Sol olub” deyə bildirib.
Siyasi gərginlik ABŞ-də daxili və beynəlxalq siyasətə təsirini artırır.
18:20 22.03.2026
Oxunuş sayı: 64