Tehran xəbərdarlıq etdi: cavab zərbələri genişlənə bilər
İran Silahlı Qüvvələrinin Baş Qərargahı (Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı) ölkənin enerji infrastrukturu hədəfə alınacağı təqdirdə cavab addımları atılacağını açıqlayıb.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bəyanatda İranın yanacaq və enerji infrastrukturu “düşmən tərəfindən” hücuma məruz qalarsa, ABŞ və regiondakı İsrailə məxsus enerji, informasiya texnologiyaları və suyun duzsuzlaşdırılması infrastrukturlarının hədəf alınacağı bildirilib.
Rəsmi Tehran bu bəyanatla mümkün hücumlara qarşı cavab tədbirlərinin geniş miqyas alacağını vurğulayıb.
14:28 22.03.2026
Oxunuş sayı: 227