Tramp Orbanı açıq-aydın dəstəkləyir
ABŞ prezidenti Donald Tramp seçkilər ərəfəsində Budapeştdə keçirilən konfransda videobağlantı vasitəsilə çıxış edərək Macarıstanın Baş naziri Viktor Orbanı açıq şəkildə dəstəklədi.
Crossmedia.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Tramp Orbanı "güclü lider" adlandırdı və ona qələbə arzuladı: "Ümid edirəm ki, o, böyük səslə qalib gələcək".
ABŞ lideri,həmçinin Macarıstan və ABŞ-nin yenilənmiş Qərb üçün yol açdığını bildirdi və Orbanı sərhədləri, mədəniyyəti və suverenliyi müdafiə etdiyinə görə təriflədi.
Qeyd etmək lazımdır ki, bu, ilk dəfə deyil - 2022-ci il seçkilərindən əvvəl oxşar dəstək bəyanatları verilmişdi.
22:50 21.03.2026
Oxunuş sayı: 499