İranın ABŞ və Britaniyaya məxsus hərbi bazanı vurmasına dair yeni detallar məlum olub
Mərkəzi Hind okeanında yerləşən ABŞ-Britaniya hərbi bazasına edilən hücum İran tarixində ən uzun mənzilli raket atışı hesab olunur.
Crossmedia.az bu barədə "The Wall Street Journal" nəşrinə istinadən xəbər verir.
Məlumata əsasən, təxminən 4000 kilometr məsafəni əhatə edən bu zərbə İranın Avropaya qədər uzana bilən hərbi imkanlarını nümayiş etdirir.
İsrail hərbi kəşfiyyatının İran bölməsinin keçmiş rəhbəri Denni Sitrinoviçin sözlərinə görə,Tehran getdikcə daha cəsarətli şəkildə öz uzaqmənzilli potensialını göstərir.
Bildirilib ki, İran ehtimal ki, daha yüngül və uzaq məsafəyə uçuşu təmin edən modifikasiya olunmuş raketlərdən istifadə edib. Onun fikrincə, bu addım İranın regiondakı mövqeyinin daha sərt və iddialı olduğunu göstərir.
Digər tərəfdən, bəzi İsrail rəsmiləri İranın zərbələrinin onun hücum potensialına zərər vurduğunu iddia etsə də, uzaqmənzilli raketlərin mövcudluğu bu potensialın hələ də qorunduğunu göstərir.
21:55 21.03.2026
Oxunuş sayı: 60