Azərbaycanın İtaliyadakı səfirliyinin konsulluq bölməsi 11 gün işləməyəcək
Azərbaycanın İtaliyadakı səfirliyi Ramazan bayramı və Novruz bayramı münasibəti ilə 20-30 mart 2026-cı il tarixlərində ölkəmizdə ardıcıl 11 günün qeyri-iş günü olması ilə əlaqədar konsulluq xidmətləri göstərməyəcək.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın İtaliyadakı səfirliyinin "X"dəki hesabında məlumat yayılıb.
"Bayram günlərində yaranacaq təcili məsələlər ilə əlaqədar [email protected]; [email protected] elektron poçt ünvanları vasitəsilə əlaqə saxlaya bilərsiniz.",- məlumatda bildirilib.
19:16 19.03.2026
Oxunuş sayı: 37