İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib
Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyanı təsdiqləyib.
Crossmedia.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın təsdiq edilməsi haqqında qanunu imzalayıb.
Qeyd edək ki, 2015-ci il martın 25-də Santiaqo-de-Kompostela şəhərində imzalanmış konvensiya Azərbaycanın müvafiq bəyanatı ilə təsdiq edilib.
17:36 19.03.2026
Oxunuş sayı: 49