Ceyhun Bayramov Əraqçi ilə Naxçıvana hücumu müzakirə etdi- Yenilənib
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla iranlı həmkarı Abbas Əraqçi arasında telefon danışığı baş tutub.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı, regional vəziyyət və ikitərəfli əlaqələr müzakirə olunub.
Nazir Ceyhun Bayramov İran ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumlarından sonra verilmiş vədə uyğun olaraq, İran tərəfindən araşdırmaların tamamlanmasının vacibliyini diqqətə çatdırıb.
Ümumilikdə, aparılan müharibə zamanı mülki obyektlərin hədəf alınmamasının zəruriliyi, bölgədə hərbi eskalasiyaya qısa müddət ərzində son qoyulmasının və mövcud çətinliklərin danışıqlar yolu ilə həll edilməsinin tərəfdarı olduğumuz vurğulanıb.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
22:22
İran və Azərbaycanın xarici işlər nazirləri arasında telefon danışığı olub.
Crossmedia.az xəbər verir ki, bu barədə "Khabar Fouri" məlumat yayıb.
Bildirilib ki, Abbas Əraqçi ilə Ceyhun Bayramov bölgədəki son hadisələr və ikitərəfli münasibətləri müzakirə ediblər.
A. Əraqçi bildirib ki, ABŞ və İsrailin hücumları beynəlxalq hüquqa ziddir. "İranın müdafiə tədbirləri yalnız təcavüzkarlara, eləcə də hücum üçün istifadə olunan baza və obyektlərə yönəlib",- Əraqçi qeyd edib.
Söhbət zamanı bəzi ikitərəfli məsələlər ətrafında da müzakirə aparılıb və mövcud şəraitdə istənilən anlaşılmazlığın aradan qaldırılması üçün iki ölkə arasında sıx məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.
23:11 17.03.2026
Oxunuş sayı: 53