İki gün tıxac olacaq: Alternativ yollar açıqlandı
Bayram günləri yaxınlaşdıqca insanlar istirahət üçün səbrsizlənirlər. Hər il olduğu kimi bu ildə insanların kütləvi şəkildə rayonlara üz tutması və tıxac probleminin güclənməsi gözlənilir.
Nəqliyyat eksperti Aslan Əsədov bu barədə Crossmedia.az-a danışıb:
"17 -18 mart tarixlərində Bakı şəhəri ərazisində sıxlıqların olacağını proqnazlaşdırıram.
Alternativ yol və ya yollar olaraq Sumqayıt şəhəri üzrə Böyükşor -Pirşağı-Sumqayıt istiqamətini seçmək məqsədə uyğundur. Doqquz km əlavə yol sürmək tıxacda qalmaqdan üstündür.
Xırdalan, Masazır , Sulutəpə ərazisinə getmək üçün Azadlıq prospekti-Binəqədi yolundan istifadə etmək olar.
Cənub istiqaməti üzrə Bakı dairəvi yolundan, Biləcəri, Yasamal, Badamdar istiqamətindən istifadə etmək məqsədə uyğun olar".
Mehriban Yariyeva
17:28 17.03.2026
Oxunuş sayı: 2760