BMT nümayəndəliyi Azərbaycanı Torpaq çərşənbəsi münasibətilə təbrik edib
Birləşmiş Millət Təşkilatının (BMT) nümayəndəliyi Azərbaycanı İlaxır çərşənbəsi (Torpaq çərşənbəsi) münasibətilə təbrik edib.
Crossmedia.az xəbər verir ki, bu barədə diplomatik missiyanın "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
"Azərbaycanı Novruz bayramından əvvəlki son çərşənbə olan, yerin oyanışını və baharın gəlişi ilə həyatın yenilənməsini simvolizə edən Torpaq çərşənbəsi münasibətilə təbrik edirik. BMT-nin Azərbaycandakı nümayəndəliyi hər kəsə bolluq, ümid və firavanlıq arzulayır", - məlumatda qeyd olunub.
09:40 17.03.2026
Oxunuş sayı: 46