Ramazanın 26-cı gününün duası
Sabah, 16 mart Ramazan ayının iyirmi altıncı günüdür.
Crossmedia.az xəbər verir ki. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, martın 16-da Bakıda imsak saat 05:25-də, iftar isə saat 19:03-dədir.
Ramazan ayının 26-cı gününün duası:
"Allahumməc-əl sə-yi fihi məşkura. Və zənbi fihi məğfura. Və əməli fihi məqbula. Və eybi fihi məstura. Ya əsməəs-samiin".
Tərcüməsi:
"İlahi, bu gün mənim səylərimi qiymətləndir, günahlarımı bağışla,
əməlimi qəbul et, eyblərimi ört! Ey bəndələrini hamıdan yaxşı eşidən Allah!"
Allah tutulan orucları qəbul etsin!
22:05 15.03.2026
Oxunuş sayı: 93