Avropa İttifaqı azərbaycanlılara qarşı ikiüzlülükdə ittiham edildi
Belçikanın sabiq baş naziri İv Leterm Avropanı Azərbaycana qarşı ikiüzlülükdə ittiham edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
İv Leterm bildirib ki, Avropa İttifaqı bir tərəfdən Azərbaycanı insan haqlarının pozulması da daxil olmaqla müxtəlif məsələlərdə tənqid edir, digər tərəfdən isə enerji böhranı fonunda Bakıdan daha çox qaz almağa çalışır.
Onun sözlərinə görə:
“Avropa İttifaqının vətəndaşı olaraq azərbaycanlıların gözlərinin içinə baxmağa utanıram. Bir tərəfdən biz onları insan haqlarının pozulması da daxil olmaqla bir çox məsələlərdə ittiham edirik, digər tərəfdən isə bu böhran zamanı bizə daha çox qaz satmalarını istəyirik. Məncə, bu, rüsvayçılıqdır.”
13:40 15.03.2026
Oxunuş sayı: 55