Milli Məclis Azərbaycan hökumətinin hesabatını qəbul edib
Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatı səsə qoyularaq qəbul edilib.
Crossmedia.az xəbər verir ki, hesabatı Baş nazir Əli Əsədov təqdim edib.
11:09
Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası başlayıb.
Crossmedia.az xəbər verir ki, spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclasın gündəliyində bir məsələ - Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat yer alıb.
Hesabatı Baş nazir Əli Əsədovun təqdim etməsi nəzərdə tutulub.
Təqdimatdan sonra hesabata dair müzakirələr aparılacaq.
16:17 13.03.2026
Oxunuş sayı: 223