Ermənistanla münasibətlərin tam normallaşması üçün əsas şərt açıqlanıb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ermənistanla münasibətlərin tam normallaşması üçün əsas şərti açıqlayıb.
Crossmedia.az xəbər verir ki, o, bu barədə İstanbul şəhərində keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında deyib.
Nazir rəsmi Bakının Azərbaycan-Ermənistan sülh prosesinə toxunaraq, 8 avqust 2025-ci il tarixində Vaşinqton Zirvə Görüşündən sonra Cənubi Qafqazda normallaşma və davamlı sülhə sadiqliyini bir daha vurğulayıb, münasibətlərin tam normallaşması və davamlı sülh üçün Ermənistan konstitusiyasında təsbit edilmiş Azərbaycana qarşı ərazi iddialarının aradan qaldırılmasını bir daha diqqətə çatdırıb.
22:15 07.03.2026
Oxunuş sayı: 75