Bu gün Azərbaycan Kubokunda 1/4 finalın cavab oyunu keçiriləcək
Bu gün Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunlarına start verilir.
Crossmedia.az xəbər verir ki, gün ərzində bir qarşılaşma baş tutacaq.
İlk oyunda 0:0 hesablı heç-heçə edən Sumqayıt FK və Zirə FK bu gün yenidən üz-üzə gələcək. Növbəti mərhələyə vəsiqə qazanacaq komanda məhz bu görüşdən sonra müəyyənləşəcək.
19:00. "Zirə" - "Sumqayıt"
10:02 03.03.2026
Oxunuş sayı: 526