Azərbaycanın basketbol millisi Şimali Makedoniyaya uduzub
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi AVRO-2029-un seçmə mərhələsində növbəti oyununa çıxıb.
Crossmedia.az xəbər verir ki, Şimali Makedoniya yığmasını qəbul edən Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv 70:78 hesabı ilə uduzub.
Qarşılaşma Bakı İdman Sarayında təşkil olunub.
Daha əvvəl Şimali Makedoniya (49:87) və Lüksemburqa (90:95) uduzan Azərbaycan millisi İrlandiyanı (76:75) məğlub edib.
A qrupunda Şimali Makedoniya 8 xalla liderdir. Lüksemburq 5 xalla ikinci, eyni xala malik Azərbaycan millisi üçüncüdür. Bütün oyunlarda uduzan İrlandiya 3 xalla dördüncü pillədə qərarlaşıb.
22:12 02.03.2026
Oxunuş sayı: 569