Karyeramda bir ilki yaşadım- Valdas Dambrauskas
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın karyerasında ilk dəfə komandasının hesabda 3:0 öndə olduğu matçd heç-heçə bitib.
Crossmedia.az Report-a istinadən xəbər verir ki, mütəxəssis bunu oyundan sonra açıqlamasında deyib.
O, komandasının oyunundan razı qalsa da, qələbənin əldən verilməsinə görə məyusluğunu gizlətməyib:
"Komandamın performansından razı qaldım. Təəssüf ki, 70-ci dəqiqəyə qədər 3:0 hesabı ilə öndə olsaq da, son 20 dəqiqədə qələbəni əldən verdik. Bu, bizim üçün acı nəticədir və çox məyusuq. "Qarabağ"ın təcrübəsi öz sözünü dedi. Karyeramda ilk dəfədir ki, komandam 3:0 hesabı ilə irəlidə olduğu halda rəqib hesabı bərabərləşdirir".
Baş məşqçi azarkeşlərə təşəkkür edərək qarşıdakı oyunlara fokuslanacaqlarını bildirib:
"Gələn azarkeşlərimizə minnətdaram. Belə həyəcanlı və gərgin oyunu başqa harada görmək olar? Bəlkə də Çempionlar Liqasından daha yaxşı bir mübarizə sərgilədik. Oyunda hər şey var idi, lakin nəticə istədiyimiz kimi olmadı. Həyat davam edir, bu oyunu unudub dörd gündən sonra keçiriləcək növbəti qarşılaşmaya köklənəcəyik".
Qeyd edək ki, Misli Premyer Liqasının XXII turunda Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan "Qarabağ" - "Sabah" matçı 3:3 hesabı ilə başa çatıb.
22:26 01.03.2026
Oxunuş sayı: 455