ABŞ senatoru: İran Cenevrə danışıqları ilə dünyanı aldatmağa çalışır
ABŞ Senatının Kəşfiyyat Komitəsinin sədri Tom Cotton Cenevrədə keçirilən danışıqların nəticələrinə şübhə ilə yanaşıb.
Crossmedia.az xəbər verir ki, sədr "Fox News" telekanalına müsahibəsində görüşdə “əhəmiyyətli irəliləyiş” barədə yayılan məlumatların İran tərəfinin ictimai rəyi yönləndirmək üçün formalaşdırdığı narrativ olduğunu bildirib.
Kotton qeyd edib ki, Tehran 47 ildir hərbi qarşıdurmada qalib gələ bilməyəcəyini anlayır, lakin danışıqlarda üstünlük qazanacağına inanır. Onun sözlərinə görə, Donald Tramp dövründə bu strategiya nəticəsiz qala bilər.
Senator vurğulayıb ki, İran ABŞ prezidentinin əsas şərtlərindən biri olan uranın zənginləşdirilməsinin tam dayandırılmasını qəbul etmir. O əlavə edib ki, İranın ballistik raket proqramı nüvə məsələsindən ayrıca və ciddi təhlükə yaradır.
17:39 27.02.2026
Oxunuş sayı: 524