"Xocalıya ədalət" videoçarxları Lüksemburqun 97 rəqəmsal ekranında yayımlanıb
"LuxAz" Lüksemburq Azərbaycan Dostluq Assosiasiyası "Place Emile-Hamilius" meydanında və iş mərkəzlərində Xocalı soyqırımının 34-cü ildönümü ilə bağlı genişmiqyaslı maarifləndirmə aksiyası həyata keçirilib.
Crossmedia.az xəbər verir ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan kampaniya birbaşa yerli ictimaiyyətə hədəflənib.
Kampaniyanın ən diqqətçəkən hissəsi, "Justice for Khojaly" (Xocalıya ədalət) məlumat çarxlarının Lüksemburq şəhərində yerləşən 97 strateji ofis binasının rəqəmsal ekranlarında yayımlanmağı olub.
Gün ərzində davam edən bu vizual təbliğat paytaxtın işgüzar dairələrini və geniş auditoriyanı əhatə edərək faciə barədə beynəlxalq məlumatlılığı artırıb.
Eyni zamanda, şəhərin Place Émile-Hamilius meydanında sakinlərə faciənin tarixi faktlarını, rəqəmləri və beynəlxalq hüquqi aspektlərini əks etdirən vərəqələr paylanılıb. Yerli vətəndaşlara 1992-ci ilin 26 fevralında baş vermiş insanlıq əleyhinə cinayət barədə ətraflı məlumat verilib.(Report)
20:22 27.02.2026
Oxunuş sayı: 503