CROSSMEDIA - XİN başçısı qazaxıstanlı həmkarı ilə müzakirələr aparıb
Gündəm

XİN başçısı qazaxıstanlı həmkarı ilə müzakirələr aparıb

Maltada keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu ilə ayaqüstü görüş keçirib.

Bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Görüş zamanı tərəflər ikitərəfli münasibətləri, o cümlədən Cənubi Qafqazdakı vəziyyəti müzakirə ediblər”, - məlumatda qeyd edilib.

Nazirlər qarşılıqlı maraq doğuran məsələlər üzrə məsləhətləşmələrin davam etdirilməsi barədə razılığa gəliblər. (Report)

05:41 06.12.2024

Oxunuş sayı: 4684

Oxşar xəbərlər

PREZİDENTİN GÜNDƏLİYİ

SON XƏBƏRLƏR