Metroda nasazlıq: Qatar işıqsız qaldı, sərnişinlər təxliyə edildi
Bu gün "Bakı Metropoliteni" QSC-nin "Nərimanov" stansiyasında hərəkətdə olan qatarın işıqlandırma blokunda texniki nasazlıq qeydə alınıb.
Crossmedia.az bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Normativlərə əsasən, sərnişinlər stansiyada düşürülərək qatar baxış üçün depoya yola salınıb, operativ şəkildə əvəzləyici qatar xəttə buraxılıb.
Hazırda bütün xətlərdə intervallar qorunmaqla qatarların qrafik üzrə hərəkəti təmin olunub.
14:28 19.02.2026
Oxunuş sayı: 515