Basketbol üzrə 1/4 final mərhələsinin daha bir oyunu keçirilib
Basketbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.
Crossmedia.az xəbər verir ki, Bakı İdman Sarayında "Quba" ilə qarşılaşan "Sabah" 113:76 hesablı qələbə qazanıb.
Daha əvvəl baş tutan qarşılaşmada "Ordu" "Sumqayıt"ı 93:74 hesabı ilə üstələyib.
Qeyd edək ki, "Ordu" - "Sumqayıt" cütünün qalibi "Sabah" - "Quba" duelinin güclüsü ilə oynayacaq. "Gəncə" - "Neftçi" duelində sevinən tərəf isə "Abşeron Lions" - "Şəki" qarşılaşmasının qalibi ilə qarşılaşacaq.
22:42 18.02.2026
Oxunuş sayı: 450