Zümrüd Ağayeva UEFA-dan təyinat aldı
AFFA-nın Qadın Futbolu Departamentinin rəhbəri Zümrüd Ağayeva UEFA-dan təyinat alıb.
Crossmedia.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
O, qadınlar arasında UEFA Avropa Kubokunun 1/4 final mərhələsinin "Austriya" (Avstriya) - "Sparta" (Çexiya) cavab matçının UEFA nümayəndəsi olacaq.
Qarşılaşma fevralın 18-də Vyana şəhərində yerləşən "Franz-Horr" stadionunda baş tutacaq. Komandalar arasında Çexiyada keçirilən ilk oyun qolsuz başa çatıb.
17:29 17.02.2026
Oxunuş sayı: 421