Ingla International ETC Azərbaycanda Özbəkistan universitetlərinin üçüncü təhsil sərgisini keçirməyi planlaşdırır
Ingla International ETC Azərbaycanda Özbəkistan universitetlərinin üçüncü təhsil sərgisini keçirməyi planlaşdırır.
Bunu Crossmedia.az - müsahibəsində Ingla International ETC-nin direktoru Aytən Məmmədli deyib.
"Bizim iş prinsipimiz "tədbir bitdi, iş bitdi" yanaşması deyil. Əksinə, ikinci sərginin qapıları bağlanan andan etibarən üçüncü sərgi üçün ideya toplamağa başlamışıq. İlk növbədə, bu ilki sərginin statistikasını çıxarırıq. Hansı universitetlərə maraq daha çox oldu? Tələbələri ən çox hansı suallar düşündürürdü? Bu analizlər növbəti sərginin yol xəritəsini müəyyən edəcək. Növbəti sərgidə coğrafiyanı daha da genişləndirməyi hədəfləyirik. Üçüncü sərginin sadəcə stendlərdən ibarət olmasını istəmirik. Planımızda "Virtual Reallıq" (VR) turları vasitəsilə tələbələrə Bakıdan ayrılmadan Özbəkistan kampuslarındakı laboratoriyaları gəzmək imkanı yaratmaq var. Qısası, bizim üçün hazırlıq artıq başlayıb! Biz istəyirik ki, III Sərgi sadəcə sayca çox deyil, həm də keyfiyyətcə tam fərqli və daha interaktiv bir təcrübə olsun", - o bildirib.
Müsahibənin tam versiyasını aşağıdakı linkdən oxuya bilərsiniz:
https://crossmedia.az/az/article/69976
14:39 17.02.2026
Oxunuş sayı: 607