Robot taksilər təhlükəlidir - MİNMƏYİN!
Süni intellekt və robot texnologiyaları dünyada böyük miqyaslı işləri yerinə yetirdikcə daha böyük problemlər də üzə çıxır. Belə ki, təhlükəsizlik araşdırmaları sürücüsüz taksilərin hələ ənənəvi taksilər qədər etibarlı olmadığını bildirir.
ABŞ-nin Yol Hərəkətinin Təhlükəsizliyi Agentliyinin (NHTSA) araşdırmasına görə, Texasda fəaliyyət göstərən Tesla markalı robot taksilər hər 88 500 kilometrdə bir qəzaya səbəb olur.
Müqayisə üçün, ənənəvi taksilərdə bu göstərici 800 min kilometrdir. Maraqlıdır ki, bu sürücüsüz taksilərdə sərnişin oturacağında operator da əyləşməli və fövqəladə hallarda müdaxilə etməlidir.
Bu barədə Crossmedia.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov robot taksi ənənəsi təhlükəsi barədə danışıb:
"Bu ənənə təbii ki, təhlükəli olacaq . Nə qədər süni intellekt inkişaf etsə də, insan amilinə hər zaman ehtiyac olacaq. Yəni bu və digər formada nəqliyyat axınlarının idarə olunması süni zəka ilə Smart Android sistemləri olsa da, insan faktoru bildiyini edir. Yəni, bu vasitəni idarə edən şəxs insan olmalı, insan düşüncəsi ilə idarə edilməlidir. Məsələn, elə peşələr var ki, onlar insanı əvəz edə bilməz . Mütləq burada insan olmalıdır. Müəyyən zaman kəsiyinin öyrənilməsi, manevr qaydalarının düzgün təşkili, professionallığın təyini - hər biri insana bağlıdır. İnsan faktoru olmadan qeyri-mümkündür".
Ekspert qeyd edib ki, Bakı şəhəri Azərbaycanın ən inkişaf etmiş beyin mərkəzi olaraq faktiki ünvandır:
"Yüksək texnologiyalar, böyük kooperasiyaların tətbiqi Bakı şəhərinə bağlıdır. Hətta Android texnologiyaları da insanı əvəz edə bilmir. Buna görə də şəxsi parametrlərin, keyfiyyətlərin aşılanması lazımdır".
Fatimə Məmmədova
12:00 13.02.2026
Oxunuş sayı: 573