3 gün ardıcıl İŞ OLMAYACAQ
Azərbaycanda 3 gün ardıcıl qeyri-iş günü olacaq.
Milli.Az xəbər verir ki, 8 Mart - Beynəlxalq Qadınlar Günü bu il bazar gününə təsadüf etdiyindən növbəti gün - 9 mart da qeyri-iş günü hesab olunacaq.
Beləliklə, 7 mart tarixinin şənbə gününə təsadüf etməsi ilə əlaqədar ölkədə 3 gün ardıcıl qeyri-iş günü olacaq. (Metbuat.az)
11:32 12.02.2026
Oxunuş sayı: 497