İran XİN rəhbəri təkzib etdi: Etirazlarda 30 min insanın öldüyü iddiası yalandır
İranın xarici işlər naziri Abbas Əraqçi İranda baş verən etirazlar və onların nəticələri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Crossmedia.az xəbər verir ki, bu barədə o, CNN Türk telekanalına müsahibəsində danışıb.
Nazir bildirib ki, etirazçılarla terror və təxribat xarakterli hərəkətlər törədən şəxslər arasında fərq qoyulmalıdır. Onun sözlərinə görə, 28 dekabr–8 yanvar tarixləri arasında iqtisadi vəziyyət və valyuta məzənnəsi ilə bağlı dinc etirazlar baş verib və bu müddətdə prezident etirazçıların nümayəndələri ilə müəyyən məsələləri müzakirə edib.
Əraqçı qeyd edib ki, 8–10 yanvar tarixlərində hadisələrin xarakteri dəyişib. İddiasına görə, bu mərhələdə terrorçu qruplar silahlı qarşıdurmaya girərək təhlükəsizlik qüvvələrinə və bəzi hallarda mülki vətəndaşlara hücum ediblər. Nazir əlavə edib ki, bəzi şəxslər bu hadisələrdən sui-istifadə edərək prosesi ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə əlaqələndirməyə çalışıblar.
Etirazları “iğtişaşlar” kimi xarakterizə edən Əraqçı bildirib ki, hadisələr zamanı ölənlərin ümumi sayı 3.117 nəfərdir və onların təxminən 2.000-i təhlükəsizlik qüvvələrinin üzvləridir. O vurğulayıb ki, “30–50 min nəfərin öldüyü” barədə yayılan iddialar tamamilə əsassız və yalandır.
16:40 31.01.2026
Oxunuş sayı: 714