İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsində mümkün rejim dəyişikliyi ilə bağlı səslənən fikirlərə sərt münasibət bildirib.
Araqçi vurğulayıb ki, rejim dəyişikliyi barədə danışmaq reallıqdan uzaqdır:
“Rejim dəyişikliyi sadəcə bir xəyaldır. Bəzi insanlar bu illüziyaya aldanıblar. Sistemimiz o qədər dərin kök salıb və o qədər güclü təməllərə malikdir ki, fərdlərin gəlib-getməsi heç nəyi dəyişmir. Sistem yerində qalır və fəaliyyətini davam etdirir. Bir nəfər olmayacaq, başqası davam edəcək. Sistem fərdlər üzərində qurulmayıb”.
İran rəsmisi Çin və Rusiyanın Tehrana mümkün hərbi dəstəyi ilə bağlı suala isə istehzalı cavab verib:
“Çin və Rusiyanın bizə hərbi dəstəyi? Həqiqətən də bu suala cavab verəcəyimi düşünürsünüz?”
Araqçinin açıqlamaları regionda artan geosiyasi gərginlik və İrana qarşı səslənən təzyiq çağırışları fonunda diqqət çəkir.