Şok iddia: Tramp İrana zərbə əmrinə bu həftəsonu imza ata bilər
ABŞ-nin yüksək rütbəli hərbi rəsmiləri Yaxın Şərqdəki əsas müttəfiqlərindən birini xəbərdar edərək, Prezident Donald Trampın İrana qarşı hərbi zərbələrə bu həftəsonu icazə verə biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə "Drop Site News" məlumat yayıb.
Mənbələrin məlumatına görə, mümkün plan İranın hərbi və nüvə obyektlərinə zərbələrin endirilməsini nəzərdə tutur. Məqsəd Tehran rejiminə ciddi təzyiq göstərmək və ölkə daxilində rejim dəyişikliyinə zəmin yaratmaq kimi qiymətləndirilir.
Plan çərçivəsində həmçinin İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) yüksək rütbəli komandirlərinə qarşı mümkün sui-qəsd ssenarilərinin də müzakirə edildiyi bildirilir.
Məlumatda vurğulanır ki, bu cür addımlar regionda gərginliyi kəskin şəkildə artıra və Yaxın Şərqdə genişmiqyaslı eskalasiyaya səbəb ola bilər.
14:59 31.01.2026
Oxunuş sayı: 685