Ukraynada prezident seçkilərinə hazırlıq başlayıb
Müharibənin bitməsi hələ uzaqda olsa da, Ukraynada gələcək seçkilərə hazırlıq prosesi davam edir.
Crossmedia.az xəbər verir ki, bu barədə RBK-Ukrayna jurnalisti Roman Kotun materialında ətraflı bəhs olunur.Məqalədə seçkilərin keçirilməsində mövcud əsas çətinliklər, hakimiyyətin onları necə həll etməyi planlaşdırdığı və digər ölkələrin təcrübəsinin bu prosesdə nə dərəcədə faydalı ola biləcəyi barədə danışılıb.
Prezident Volodimir Zelenski
(MSK) bildirir ki, səsvermə yalnız döyüş əməliyyatları tam başa çatdıqdan sonra mümkün olacaq. MSK seçki kampaniyasına başlamaq üçün ən azı altı aylıq hazırlıq müddətinin vacib olduğunu vurğulayır. Əsas çətinliklərdən biri məcburi köçkünlərin və qaçqınların səsvermədə iştirakını təmin etməkdir. “Arxa cəbhə” bölgələrində seçki məntəqələrinin əksəriyyəti yaxşı vəziyyətdədir.Lakin cəbhəyə yaxın ərazilərdə məntəqələrin təxminən 20–25 faizi zədələnib. Xaricdə səsvermə üçün seçki məntəqələrinin sayının artırılması planlaşdırılır, amma elektron səsvermə hələlik nəzərdə tutulmur. Hərbçilərin səsverməsi isə xüsusi məntəqələrdə və ya hərbi hissələrin yerləşdiyi ərazilərdə keçirilə bilər, Silahlı Qüvvələrin siyasi neytrallığı isə xüsusi əhəmiyyət daşıyır.
Zelenski dekabrın doqquzunda çıxış edərək ABŞ və Avropa tərəfdaşlarından seçkilərin təhlükəsiz şəkildə keçirilməsinə yardım göstərmələrini xahiş edib. Onun sözlərinə görə, bu halda Ukrayna 60–90 gün ərzində seçkilərə hazır vəziyyətə gətirilə bilər.
Seçkilərin keçirilməsi mövzusu artıq uzun müddətdir bəzi Qərb tərəfdaşları, əsasən ABŞ tərəfindən gündəmə gətirilir. Bu səbəbdən seçkilər təkcə daxili siyasi məsələ olmaqdan çıxaraq müharibə və onun başa çatdırılması ilə bağlı danışıqların gündəminə qayıdıb. Hakimiyyət nümayəndələrinin sözlərinə görə, Zelenskinin seçkilərlə bağlı son açıqlamaları konkret səsvermə planları ilə deyil, ABŞ Prezidenti Donald Trampın Ukraynada uzun müddətdir seçkilərin keçirilməməsi ilə bağlı tənqidlərinə cavab xarakteri daşıyıb.
tərəfinin mövqeyi dəyişməz qalır: seçkilər yalnız müharibə başa çatdıqdan sonra mümkündür. Lakin hazırlıq prosesi artıq başlayıb və əsas sual belədir: ilk müharibədən sonrakı seçkilər hansı formada keçirilməlidir və Ukrayna buna həm hüquqi, həm də faktiki baxımdan nə dərəcədə hazırdır.
MSK müharibənin bitməsindən sonra ən azı yarımillik keçid dövrünün zəruri olduğunu hesab edir. MSK sədr müavini Sergey Dubovik qeyd edib ki, Ukrayna üçün universal beynəlxalq model mövcud deyil. Onun sözlərinə görə, bu, ölkənin ölçüsü, seçki infrastrukturunun miqyası, seçicilərin sayı və Avropa xalqları ailəsində tutduğu yer ilə bağlıdır.
Müharibə illərində milyonlarla ukraynalı ya xaricə qaçqın düşüb, ya da ölkə daxilində məcburi köçkünə çevrilib. Bu vəziyyət iki əsas problemi ortaya çıxarır: səsvermə infrastrukturu və seçicilərin faktiki yerləşmə yerinin müəyyən edilməsi, onların səs hüququnun təmin olunması.
Oxşar problemlərlə Bosniya və Herseqovina 1996-cı ildə dörd il davam edən vətəndaş müharibəsindən sonra üzləşmişdi. İlk seçkilər yalnız Deyton sülh sazişi imzalandıqdan sonra mümkün olmuşdu. Həmin saziş müharibəni dayandırmaqla yanaşı, yeni konstitusion və inzibati-ərazi modelinin formalaşmasına da şərait yaratmışdı. Bundan sonra seçki dairələri yaradılmış, komissiyalar formalaşdırılmış və qaçqınlar və məcburi köçkünlər də daxil olmaqla seçici siyahıları təsdiqlənmişdi.
Yalnız münaqişə rəsmi şəkildə başa çatdıqdan və aydın hüquqi çərçivə yarandıqdan sonra ilk müharibədən sonrakı seçkilərin keçirilməsi mümkün olmuşdu. Bu prosesdə beynəlxalq institutlar mühüm rol oynayaraq seçicilərin qeydiyyatına və seçkilərin legitimliyinə nəzarəti təmin etmişdi.
Əgər minlərlə hərbi qulluqçuya xidmətlə paralel şəkildə siyasətdə iştirak imkanı verilsə, bu, müxtəlif ssenarilərə yol aça bilər – 2014-cü ildəki “kombat-deputatlar” təcrübəsinin təkrarlanmasından tutmuş, bəzi Afrika ölkələrində müşahidə olunan daha təhlükəli modelə qədər. Həmin ölkələrdə ordu ilə hakimiyyət faktiki olaraq bir-birindən ayrılmır.
Hazırda Ukrayna qanunvericiliyi hərbçilərə xidməti siyasətlə paralel şəkildə davam etdirməyə imkan verir. Məsələ əsasən onların namizədliyinin irəli sürülməsi prosedurunun dəqiqləşdirilməsi ilə bağlıdır. Ali Radanın birinci vitse-spikeri Aleksandr Kornienko bildirib ki, təşviqat üçün məzuniyyət mexanizmi, qeydiyyat mərhələsi və sənədlərin elektron formada təqdim olunması məsələləri yenidən tənzimlənməlidir.
Ümumilikdə seçkilərin keçirilməsi ilə bağlı texniki problemlərin əksəriyyətinin həll oluna biləcəyi bildirilir. Lakin MSK sədr müavini Sergey Dubovikin sözlərinə görə, daha ciddi suallar siyasi infrastrukturun vəziyyəti və cəmiyyətin buna hazır olub-olmaması ilə bağlıdır. Bu, təkcə seçki məntəqə komissiyalarında çalışmalı olan siyasi partiyalarla məhdudlaşmır, həm də ictimai təşkilatların müşahidə funksiyasını yerinə yetirmək imkanları və seçkiqabağı təşviqat üçün bərabər, şəffaf və aydın qaydaların mövcudluğu ilə bağlıdır.
Seçkilər sadəcə texniki səsvermə prosesi deyil. Müharibədən sonra, cəmiyyətin yorulduğu, partiyaların və vətəndaş sektorunun zəiflədiyi, eləcə də Rusiyadan təhlükənin davam etdiyi bir dövrdə siyasətə inamın bərpası ən vacib məsələlərdən biridir. Tələsik və legitimliyi şübhə doğuran seçkilər Rusiyanın Ukrayna dövlətinin demokratikliyini şübhə altına almaq strategiyasına xidmət edə bilər.
Döyüş əməliyyatları başa çatdıqdan sonra Ukrayna qarşısında çətin seçim duracaq: ya siyasi infrastrukturun bərpasına vaxt ayıraraq legitimliyi şübhə doğurmayan seçkilər keçirmək, ya da nəticələri daim əsaslandırılmalı olan formal prosedurla kifayətlənmək. Bu qərar Ukraynanın müharibədən sonrakı demokratik sabitliyini müəyyən edəcək.
Prezident və MSK-nın mövqeyinə görə, Ukraynada seçkilərin keçirilməsinin əsas şərti döyüş əməliyyatlarının tam başa çatmasıdır. Təhlükəsizliklə yanaşı, MSK seçki kampaniyasına başlamazdan əvvəl azı altı aylıq keçid dövrünün vacib olduğunu vurğulayır. Qaçqınlar və məcburi köçkünlərin səsverməsində əsas problemlər infrastruktur və qeydiyyat məsələsidir. “Dія” tətbiqi üzərindən səsvermə hazırda nəzərdə tutulmur, lakin yaxın məntəqənin tapılması və seçicilərin özünüqeydiyyatı üçün istifadə oluna bilər. Hərbçilərin namizəd kimi iştirakı məsələsində əsas dilemma onların xidmətdən azad olunub-olmaması və ya təşviqat üçün xüsusi məzuniyyət mexanizminin yaradılmasıdır.
Ceyran İsmayılzadə
16:57 29.01.2026
Oxunuş sayı: 560