ASCO: Ötən il "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda 26 gəmi təmir olunub
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Zığ" Gəmi Təmiri və Tikintisi Zavodunda (ZGTTZ) ötən il 26 müxtəlif tipli gəminin təmiri həyata keçirilib.
Crossmedia.az ASCO-ya istinadən xəbər verir ki, gəmilərdən 8-i əsaslı, 16-sı tərsanə, 2-si cari təmir edilib. Bunlardan 20-si ASCO-ya, digərləri isə müxtəlif kənar təşkilatlara aid olub.
Təmir prosesi ASCO-nun yüksəkixtisaslı mütəxəssislərinin iştirakı ilə beynəlxalq konvensiyanın tələblərinə uyğun icra edilib.
Qeyd edək ki, ZGTTZ geniş həcmdə peşəkar gəmi təmiri və dəniz mühəndislik xidmətləri təqdim edir. Bundan başqa, 2017-ci ildən Zavod müvafiq sertifikatlaşmadan keçməklə kiçik su tutumlu gəmilərin tikintisini də həyata keçirir.
12:10 28.01.2026
Oxunuş sayı: 540