Rusiyada məktəbdə dəhşət: Yeniyetmə bıçaqlı hücum etdi
Liseydə bıçaqlı hücum qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, hadisə Rusiyanın Nijnekamsk şəhərində yerləşən 37 nömrəli liseydə baş verib.
Məlumata görə, 14 yaşlı yeniyetmə məktəbə daxil olaraq mühafizəçiyə bıçaqla hücum edib. Yaralanan mühafizəçi sağ qalıb və ona tibbi yardım göstərilib.
Hadisə zamanı məktəb ərazisində partlayış səslərinə bənzər səslər eşidilib. İlkin məlumata əsasən, hücum edən yeniyetmə fişənglər atıb.
Şübhəli şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb, hadisənin motivləri araşdırılır. Hadisə yerinə təcili tibbi yardım və təhlükəsizlik qüvvələri cəlb olunub.


19:11 22.01.2026
Oxunuş sayı: 1354