Aralıq dənizində gərginlik: Fransa donanması Rusiya tankerini dayandırdı
Fransa Hərbi Dəniz Qüvvələri Rusiyadan yola düşdüyü iddia edilən bir neft tankerini neytral Aralıq dənizi sularında saxlayıb.
Crossmedia.az xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron açıqlayıb.
Siyasətçi X sosial şəbəkəsindəki səhifəsində yazıb: "Bu səhər Fransa Hərbi Dəniz Qüvvələri Rusiya neft tankerini saxlayıb".
Fransa lideri əməliyyatın açıq Aralıq dənizində bəzi müttəfiq qüvvələrinin köməyi ilə həyata keçirildiyini qeyd etdi.
18:40 22.01.2026
Oxunuş sayı: 1165