"Qarabağ və Şərqi Zəngəzur" toponimlərinin izahlı lüğəti" nəşrə hazırlanır
AMEA-nın Dilçilik İnstitutunda "Qarabağ və Şərqi Zəngəzur" toponimlərinin izahlı lüğəti" ikicildliyi nəşrə hazırlanır.
Crossmedia.az xəbər verir ki, bu barədə AMEA-nın Humanitar Elmlər Bölməsinin elmi katibi filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı məlumat verib.
O, həmçinin, Dilçilik İnstitutunda "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi və dilçiliyin inkişafına dair Dövlət Proqramı"na əsasən Qərbi Azərbaycan dialektləri lüğətinin hazırlandığını da söyləyib.
Xatırladaq ki, AMEA-nın Rəyasət Heyətinin yanvarın 19-da iclası keçirilib, Humanitar Elmlər Bölməsinin 2025-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatı dinlənilərək məqbul sayılıb, müvafiq tapşırıqlar verilib.



19:35 19.01.2026
Oxunuş sayı: 1074