Fəhlə yıxılaraq öldü
Bakıda 61 yaşlı fəhlə yıxılaraq ölüb.
Crossmedia.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib. Buzovna qəsəbəsində tikintidə fəhlə işləyən qəsəbə sakini 1965-ci il təvəllüdlü Asif Babayev pilləkəndən yıxılıb.
O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırmalar aparılır.
16:11 19.01.2026
Oxunuş sayı: 1067