İlham İsmayıl xəstəxanaya yerləşdirildi
Ekspert İlham İsmayıl xəstəxanaya yerləşdirilib.
Crossmedia.az xəbər verir ki, bununla bağlı ekspertin bacısı Bəsti İsmayıl feysbuk hesabında paylaşım edib.
O bildirib ki, İ.İsmayıl daxili qanaxma diaqnozu ilə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hospitalına yerləşdirilib.
Bəsti İsmayıl həmçinin qeyd edib ki, qardaşı Reanimasiya şöbəsində müalicə alır. (Qafqazinfo)
12:54 19.01.2026
Oxunuş sayı: 1214